TR
Video yükle

Kiçik və orta sahibkarlara dəstək

21 izlenme Son haberler
SOCAR və İİTKM arasında anlaşma memorandumu imzalandı
Bundan sonra SOCAR il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirəcək.

REAL xəbər verir ki, bu məqsədlə bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Mərkəzin icraçı direktoru Vüsal Qasımlı imzaladılar. Memorandum yerli istehsalın dəstəklənməsi üçün elektron portalın yaradılmasını nəzərdə tutur. Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, ilkin mərhələdə idxalın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, portal qısa zamanda təqdim olunacaq.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.