TR
Video yükle

“Kənddən şəhərə“ yarmarkası start götürür

13 izlenme Son haberler
Dekabrın 20-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsullarının satışını həyata keçirəcək.

"Kənddən Şəhərə” Yeni il yarmarkası Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)

Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

keçiriləcək.

Yarmarkada iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər.

Bəs Yeni il yarmarkasında satışa çıxarılacaq məhsulların qiymətləri necə tənzimlənəcək ? Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri bu suala da aydınlıq gətirdi.

Vüqar Hüseynov bildirdi ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasında karantin rejiminin tələblərinə tam əməl olunacaq.

Qeyd edək ki, 11 gün davam edəcək “Kənddən Şəhərə” Yeni il yarmarkası dekabrın 30-da yekunlaşacaq.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.