TR
Video yükle

Karantin qaydalarını pozanlar cəzalanır

230 izlenme Son haberler
Samux rayon sakini Şahmar Əliyev 8103 nömrəsinə müraciət edərək evdən 2 saatlıq çıxmağa icazə alıb. Lakin o, müvafiq icazəni təyinatı üzrə istifadə etmək əvəzinə rayon ərazisini tərk etmək istəyib.

Bu zaman rayonunun çıxışında xidmət aparan polis əməkdaşları ona karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildirib və geri qayıtmasını tələb ediblər. Şahmar Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanaraq Samux rayon polis şöbəsinə gətirilib.

Himın şəxs məhkəmənin qərarı ilə 10 gün müddətə inzibati qaydada həbs edilib.

Lənkəranda isə karantin qaydalarını pozan kafe sahibi və müştərilər cərimələnib. Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən bir kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Lənkəran şəhər rayon polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.