TR
Video yükle
Kamran Əliyev 3 rayona prokuror təyin edib

Bu video şu anda oynatılamıyor.

Kamran Əliyev 3 rayona prokuror təyin edib

512 izlenme Son haberler
Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.

Gundem.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub.

K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.

Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a təyinatlarla bağlı məlumatı təsdiqləyib.

Musavat.com

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.