Itkin gəlin görün harda tapıldı
746 izlenme
Son haberler
Lənkəranda bir müddət öncə itkin düşən 18 yaşlı gəlin tapılıb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Lamiyə Valeh qızı Məmmədova ölkə ərazisindən tapılaraq ötən gecə ailəsinə təhvil verilib. Qeyd edək ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova bir müddət öncə evdən çıxaraq, geri qayıtmayıb. Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb. Hadisə ilə bağlı dərhal rayon Polis Şöbəsi məlumatlandırılıb. 18 yaşlı gəlinin axtarışları ötən gecə nəticə verib.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.