“İslam sülh və mərhəmət carçısıdır”
12 izlenme
Son haberler
Qroznıda beynəlxalq konfrans keçirilib
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda İslam Aləmi Liqası, Çeçenistan İslam İşləri və Fətva İdarəsinin birgə əməkdaşlığı ilə Rusiya Federasiyasında “İslam rəhmət və sülh elçiliyidir” adlı beynəlxalq konfransının 4-cü iclası keçirilib. Konfransda Rusiya və dünyanın müxtəlif ölkələrindən olan görkəmli alimlər, dini rəhbərlər və mədəniyyət xadimləri iştirak edib.
“Müsəlmanlar və mədəni əlaqələr” mövzusunda keçirilən iclasda müştərək bəşəri dəyərlər və qarlışılqlı mənafelər;- Beynəlxalq problemlər və bohranların aktiv həllinə doğru, Rusiya ilə İslam dünyası arasındakı əlaqələr, İslamofobiya və anti-zorakılıq məsələlərinə toxunulub.
İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İsanın da qatıldığı tədbirdə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə çıxış edib. O tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmaqla yanaşı İslamın əsil mahiyyətinin təbliği, ölkədə başqa dinlərin münbit şəraitdə mövcud olmasını mümkün edən şərtlər barədə də danışıb. Hacı Allahşükür Paşazadə beynəlxalq problemlər və böhranların aktiv həllində islami dəyərlərin roluna toxunub.
Tədbirdən sonra qonaqların şərəfinə Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən ziyafət verilib. Ziyafətdə Ramzan Kadırovun Bütün Qafqazın Şeyxinə xüsusi münasibəti diqqət çəkib. Azərbaycan və çeçen Xalqları arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərinin bütünlükdə Qafqaz üçün əhəmiyyətini qeyd edən Kadırov Şeyxə tədbirə qatıldığına, maraqlı çıxışına görə təşəkkür edib.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.