TR
Video yükle

İki oğurluğun üstü açılıb

10 izlenme Son haberler
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyev saxlanılıb. Onun həmin evdən 4000 manat pul, əlavə olaraq 2800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurladığı müəyyən edilib.

Cəlilabad polisinin keçirdiyi digər əməliyyat tədbirləri ilə rayonun Qarazəncir kəndi ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb. Onlar gecə saatlarında həmin mağazadan 1 ədəd notbuk, 900 manat dəyərində tütün məmulatları, 300 manat pul və 1 ədəd qol saatı oğurlayıblar. Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mətləb Verdiyev və Elbrus Bağırov saxlanaraq istintaqa təqdim ediliblər.

Faktlarla bağlı araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.