TR
Video yükle

Həzi Aslanovun xatirəsi anıldı

5 izlenme Son haberler
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 112-ci ildönümü münasibətilə anim mərasimi keçirilldi.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Bakı Qarnizonu hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteran tankçılar və Vətən müharibəsinin iştirakçıları iştirak etdi.

Əvvəlcə Həzi Aslanovun məzar-abidəsi önünə əklil qoyldu.

Daha sonara Böyük Vətən müharibəsində müstəsna yeri olan Həzi Aslanovun xidmətlərinin bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırıldı.

Anım mərasimində çıxış edənlər hərbi xadimi Həzi Aslanovun həyat və döyüş yolu barədə danışdılar.

Tədbirdə həmçinin Həzi Aslanovun davamçıları olan Azərbaycan tankçılarının döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açıldı.

Aslanovlar ailəsi adından çıxış edən Elçin Aslanov göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.