TR
Video yükle

Heyvan saxlayanlara xəbərdarlıq

10 izlenme Son haberler
Azərbaycanda vəhşi heyvan saxlayan şəxslərə xəbərdarlıq olunub.Bakıda Böyük Britaniya vətəndaşını meymun dişləyərək xəsarət yetirməsini vətəndaşlar narahatlıqla qarşılayıb.

Ölkəmizdə vəhşi heyvanların ev şəraitində saxlanılması ilə bağlı baytarlıq tələbləri Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Mövcud qanunvericiliyə görə bu tələblər heyvanların xəstəliklərdən mühafizə edilməsi,dövrü olaraq peyvəndlənməsi,qeydiyyatın aparılması,növündən asılı olaraq pasportlaşdırılmasından ibarətdir.

Məsələ ilə bağlı Baş Dövlət baytarlıq müfəttişi Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev REAL-a danışdı.

Qeyd edək ki,heyvanlardan insanlara keçə biləcək bəzi potensial xəstəliklər var.Məsələn:quduzluq,brusselyoz və qarayara xəstəliyi.

Bunun qarşısını almaq üçün heyvanın saxlandığı ərazidə xəstəlik riskindən asılı olaraq baytarlıq-sanitariya tədbirləri aparılmalıdır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.