Heydər Əliyev Məkkədə anılıb
4 izlenme
Son haberler
Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə tədbir keçirildi. H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş mərasim qurani-kərimin tilavəti ilə başladı. Daha onra ulu öndərin və şəhidlərimizin əziz xatirəsi yad edildi. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Müfti Salman Musayev qonaqlara Şeyxülislam Allahşükür Paşazadənin salamlarını çatdırdı. Ulu öndər Heydər Əliyevin Məkkə şəhərinə səfəri, müqəddəs Kəbə evinin ziyarəti xatırlandı. Vurğulandı ki, bugünkü qalib dövlətin bünövrəsi məhz ümumilli lider tərəfinən qoyulub. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərli ilə rəşadətli ordumuz 30 ilə yaxın müdətdə işğal altında olan torpaqlarımızı azadlığına qovuşdurdu. Tədbirdə diqqətimizi çəkən digər məqam sinəsi üzərində övladarının şəklini daşıyan şəhid analarımız oldu. Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə Həcc ziyartinə gələn şəhid analarının çıxışı mübarək məkanın aliliyinə ayrı bir əzəmət qatdı.
Təbirdə iştirak edən din alimləri və ictimaiyyətin tanınmış üzvləri də H.Əliyevlə bağlı xatirələrini və həcc ziyarəti haqqında fikirlərini bölüşdülər.
Tədbirdə ulu öndərin və şəhidlərimizin xatirəsinə ehsan verilib, ruhlarına dualar oxunub. Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi bu dəfə 1400-dən artıq zəvvarın həcc ziyarətini təşkil edib. Bu günə kimi Ümrə təvafını başa vuran zəvvarlarımız yerləşmə, qidalanma, həkim nəzarəti, nəqliyyat və s. zəruri məsələlərlə təmin olunublar.
REAL

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.