TR
Video yükle

Hərbi bazada yanğın

9 076 izlenme Son haberler
Rusiyanın "Novosty" xəbər agentliyinin məlumatına əsasən Ryazan bölgəsində hərbi anbarda yanğın baş verib. Hal-hazırda yanğını söndürmək üçün dörd ədəd İl-76, bir neçə Mi-8 və Mi-26 helikopterlərindən ibarət bir hava qrupu səy göstərir. 17 pilotsuz təyyarə bölgədəki vəziyyəti izləyir. Yanğını söndürmək üçün Müdafiə Nazirliyi əraziyə 650 hərbi qulluqçu, çox sayda xüsusi texnika və aviasiya təhkim edib.

Əldə olunan məlumatına görə, müəssisədə ən az 75.000 ton raket və artilleriya silahı var idi.

Partlayan sursatların parçaları 20 km radiusa çatır. Artıq 20-dən çox insan xəsarət alıb, 2500-ü təhlükəli bölgədən təxliyə olunub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.