TR
Video yükle

Hacıbala Abutalıbov: O evlər söküləcək

539 izlenme Son haberler
Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.

Oxu.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.
H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar beş istiqamətdə qurulmalı və dörd ay ərzində işləməlidir. Dörd aydan sonra araşdırmaların nəticəsi əsasında hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iyulun 1-də tam yekunlaşacaq”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.