TR
Video yükle

Göyçayda dəhşətli qəza

180 izlenme Son haberler
Göyçayda avtoqəzaya düşən qardaşlardan biri ölüb.

APA TV-nin yerli bürosunun məlumatIna görə, ölümlə nəticələnən qəza Hüngütlü kəndi ərazisində qeydə alınıb.

Yüksək sürətlə idarə olunan "VAZ 2106" markalı minik avtomobili qarşıda gedən "QAZel" markalı yük maşınına çırpılıb. Zərbənin təsirindən “Jiquli” yol kənarındakı çökəyə düşüb.

Hadisə nəticəsində rayonun Mallı-Şıxlı kənd sakinləri - 1993-cü il təvəllüdlü İsmayılzadə Məbud Nizami oğlu və onun qardaşı - 1989-cu il təvəllüdlü Pərviz İsmayılzadə ağır xəsarətlər alıb. Onlar Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, kiçik qardaşın həyatını xilas etmək mümkün olmayıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.