TR
Video yükle

FHN əməkdaşları zərərçəkmişə kömək edib

3 izlenme Son haberler
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən REAL-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 2012-ci il təvəllüdlü vətəndaşın barmağında dəmir halqa qalaraq barmağın şişməsinə və xəsarət almasına səbəb olub.

Xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə halqanı zərərçəkmişin barmağından təhlükəsiz şəraitdə kəsib çıxarıblar.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.