Evlərə ərzaqların çatdırılması xidməti işə salınır
24 izlenme
Son haberler
Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq.
Xezerxeber.az xəbər verir ki, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalarda öz əksini tapıb.
Həmçinin marketlərdə məhsul alıb kassaya yaxınlaşan müştərilər növbədə bir-biriləri ilə 2 metr ara məsafəsi saxlamalıdırlar.
Bundan başqa, operativ qərargah tərəfindən alış-veriş mərkəzlərinin girişlərində hərarət ölçmə cihaz və qurğuları vasitəsilə daxil olan hər kəsin yoxlanması, giriş-çıxışlara COVİD-19 üzrə məsləhətləri ehtiva edən panoların vurulması, gigiyena qaydaları ilə bağlı mütəmadi şəkildə səsli anonsların verilməsi, xəstə əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da tələb kimi qoyulub.
Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görüləcək.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.