Ermənistanın bəyanatına cavab
1 izlenme
Son haberler
Ermənistan Xarici İşlər nazirliyinin Laçın yolundakı etirazlar ilə bağlı 03 yanvar 2023-cü il tarixli növbəti bəyanatı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. İlk növbədə ona görə ki, bəyanat tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə əlaqədar çaşqınlıq yaratmağa hesablanıb. Görünür, Ermənistan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlərin davam etdirilməsində maraqlıdır. Elə bundan irəli gələrək, rəsmi İrəvanın növbəti sərsəm bəyanatında iddia olunur ki,
"Azərbaycan artıq günlərdir ki, bütün dünyanın gözü qarşısında Dağlıq Qarabağ əhalisini zorla deportasiya edir, etnik təmizləmə siyasətini davam etdirir. Dağlıq Qarabağda humanitar böhran günü-gündən daha da ağırlaşır. Əsas tələbat mallarının, ərzaq və dərmanların çatışmazlığı getdikcə daha çox aktuallaşır. Ərzaq çatışmazlığı problemi yaranır. Azərbaycanın blokadasının nəticəsində 120 min insan faktiki olaraq bir-birindən ayrı düşüb. Azərbaycan tərəfinin Laçın dəhlizinin faktiki olaraq açıq olması ilə bağlı bəyanatları əsassızdır. Yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələri həyati təhlükəsi olan məhdud sayda xəstəni Ermənistan Respublikasına daşımaq hüququna malikdir".
Bəli, Ermənistan Xarici İşlər nazirliyinin yaydığı bəyanatın mətnindən də aydındır ki, rəsmi İrəvan ölkəmizə qarşı yersiz iddialarla çıxış etməklə, bölgədəki vəziyyəti daha da gərginləşdirməyə çalışır. Rəsmi Bakı isə erməni tərəfinin etirazların guya Laçın yolunun bağlanması ilə nəticələndiyi və humanitar böhran yaratdığı iddialarına cavab olaraq bildirir ki, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi və sülhməramlı kontingentə məxsus nəqliyyat vasitələri və tibbi avtomobillərin keçidinə maneə yaradılmır. Erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacların operativ şəkildə həll ediləcəyi həm Azərbaycan hökuməti, həm də vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən açıq şəkildə bəyan olunub.
Bəs, əslində sözügedən bəyanatın mətnində əks olunan müddəalar nəyə hesablanıb? Sözsüz ki, erməni riyakarlığı və məkrli siyasətə.
Nəticə etibarilə, sadalanan faktlar məsələnin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Görünən odur ki, mülki əhalini hədəf alan Ermənistan, Azərbaycanı şər və böhtan xarakterli iddialarla ittiham etməklə, üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərindən boyun qaçırmağa çalışır. Azərbaycan tərəfi isə bir daha Ermənistanı ölkəmizin suverenliyi və ərazi bütövlüyünə yönəlik fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.
REAL

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.