Ermənistanda insan haqları tapdalanır
2 izlenme
Son haberler
Ermənistanın məhkəmə sistemi ilə bağlı ciddi problemlər var. Nikol Paşinyanın məhkəmə islahatları uğursuzdur. Bunu hüquqşünas, siyasi şərhçi Orxan Amaşov Reala müsahibəsində bildirdi. Onun sözlərinə əsasən, Ermənistanın Helsinki komitəsinin elan etdiyi 2023-cü il üzrə “Ermənistanın İnsan hüquqları” növbədən kənar hesabat-məruzəsi müəyyən qədər obyektiv reallıqları əks etdirir, lakin müəyyən çatışmazlıqları da var.
Siyası şərhçi vurğulayır ki, hesabatda Ermənistanda yaranan böhranın Azərbaycanla münasibətlərin gərginliyi fonunda izah edilməsi doğrudur. Laki sözügedən məsələnin əlaqələndirilməsində problem var. Hesabatın ön sözündə Azərbaycanın atəşkəs rejiminin mütəmadi pozması, Laçın yolunun blokadada olması barədə absurd ideyalar yer alıb. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmağımız tənqid edilib. Xəyali blokadanın yaratdığı yalançı aclıq və mövcud olmayan humanitar böhrandan gileyləniblər. Guya ki, biz Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinə mane oluruq. Əgər bu fəaliyyət qanunsuzluqlardan ibarətdirsə, əlbəttə mane olacayıq. Alternativ variantdan söhbət gedə bilməz.
İndi, məncə, hər şey daha aydındı. Öz vətəndaşlarının təməl hüquqlarını təmin edə bilməyən bir ölkə, hələ bir sərhədlərinin xaricində ona bu və ya digər şəkildə aid olmayan yerlərə "mənim hüquq"umdur deyir. Xankəndidə "humanitar böhran"dan danışan Ermənistan əsl böhranı bu gün daxilində yaşayır, lakin humanistlikdən bu ölkədə əsər-əlamət yoxdur.
Son günlər Ermənistanı bürüyən etirazların resepti biraz daxili böhran, bir az da Azərbaycanla olan gərgin münasibətləridir. Lakin aşpaz sülh prosesində qəti surətdə əngəlləyən separatist qüvvələrdir. Xankəndidə başlayan mitinqin paralel olaraq Ermənistan ərazisinə keçirilməsi prosesin eyni mərkəzdən idarə olunduğunu göstərir.
Bu tərz nümayişlərlə İrəvan növbəti dəfə Azərbaycana təzyiq mexanizmi yaratmaq üçün beynəlxalq səviyyədə anti-Azərbaycan yönümlü psixoloji hücumlar təşkil edir. Ermənistan bu tamaşanı parterdə əyləşən Qərb üçün oynayır. Qərbin isə bəh-bəhlə əl çalmasından deyə bilərik ki, ssenari onun yaman xoşuna gəlib.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.