Ermənistan cəbhəyə terror qruplaşmaları yerləşdirir
732 izlenme
Son haberler
SON DƏQİQƏ: Ermənistan cəbhəyə terror qruplaşmaları yerləşdirir – AÇIQLAMA “Onlar kömək üçün xarici ölkələrə müraciət edirlər. Məlumatlara görə onlar Yaxın Şərqdən də bir qrup, hazırlanmış terrorçu ermənilərin bölgəyə gətirilməsindən söhbət gedir”. Azerforum.com bildirir ki, bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov səsləndirib. Politoloq qeyd edir ki, artıq bu barədə məlumatlar əldə edilib. Artıq Ermənistan regionda terror dövlətinə çevrilib. Bu məsələyə isə beynəlxalq hüquq çərçivəsində qiymət verilməlidir. “Ermənilərin provokasiyası onu deməyə əsas verir ki, onlar bölgədə sülh və əmin-amanlıq istəmir. Ermənistan regionun terror dövlətidir. Heç bir zaman biz fransız, ərəb, amerikan terroru deyə bilmərik. Yalnız ayrı-ayrı qrupların adını çəkə bilərik. Amma biz Ermənistan terrorunun adını əminliklə çəkə bilərik”, – politoloq əlavə edib. Görünən isə odur ki, Ermənistan terrora belə əl atmaqla Azərbaycanın bir santımetr belə torpağına girə bilməyəcək. Bunu deməyə isə Azərbaycan ordusunun gücü və vətənpərvər Azərbaycan xalqının rəşadəti imkan verir.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.