TR
Video yükle

Ermənilər yenə hərbi təlimlərə başladı

7 izlenme Son haberler
Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, təlimlər ermənilərin nəzarət etdikləri Kəngərli kəndində və Uzundərə adlanan ərazidə keçirilir.

Təlimdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Cəbhəyanı ərazilərdə atəş səsləri eşidilir.

Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində isə monitorinq keçirilib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq baş tutan proses insidentsiz ötüşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.