TR
Video yükle

Ermənilər suyu çirkləndirir

17 izlenme Son haberler
N.Paşinyanın “mədəni“ qızıl hərisliyi
“Amulsar qızıl mədəninin ekologiyaya mənfi təsirləri”.

Amulsar qızıl mədəni Dərələyəz mahalının Vayot Dzor regionda yerləşən mədəndə 2006-cı ildən etibarən “Lydian Armenia” şirkəti tərəfindən geoloji kəşfiyyat işlərinə başlanılıb.

2012-ci ildən erməni ekspertləri və bir sıra təşkilatların aktivistləri layihənin ekologiyaya neqativ təsirlərinin olmasına görə hökumətə xəbərdarlıq edirdilər. Artan narazılıq hökuməti layihəni yenidən nəzərdən keçirməyə vadar edib.

Bununla bağlı bir neçə gün öncə Ermənistan Respublikası İstintaq Komitəsi tərəfindən “ELARD” konsultant şirkətinin hesabatının ictimaiyyətlə bölüşülməsi ilə məsələ yenidən gündəmə qayıdıb. Şirkət ekosistemə hər hansı ciddi mənfi təsirin olmaması səbəbi ilə qızıl mədəninin işlədilə biləcəyini açıqlayıb və baş nazir N.Paşinyan kəşfiyyat işlərinin yenidən icra edilməsi ilə bağlı sosial şəbəkədən çağırış edib.

Təbii Paşinyanın mədəsinin niyyəti Azərybaycanın su hövzələrinə daxil olan çayların çirkləndirməsi problemini ortaya qoyur.

Layhənin ən ciddi təhlükəsi Azərbaycan ərazisindən keçən çayları çirkləndirmə potensialıdır. Ermənistan Ətraf Mühit Cəbhəsi (Armenian Enviroment Front) təşkilatı və bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlərin birgə araşdırması nəticəsində məlum olub ki, layihənin başlaması ilə asid, metal, sulfat, nitrat və digər zərərli maddələrin Arpa və Vorotan çaylarına axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaracaq. Qeyd edilən araşdırmada adı çəkilən Arpa çayının Naxçıvan ərazisində, Vorotan çayının isə işğal edilmiş bölgələrdə Araz çayına birləşməsi, layihənin istismarının nəinki ölkəmizin, bütün Xəzər dənizi su hövzəsinin ekoloji vəziyyətinə birbaşa neqativ təsir edəcəyini ortaya qoyur. Bu da problemi artıq iki dövlət arasında olmaqdan çıxarmaqla, qlobal miqyasa gətirir.

Azərbaycanın kütləvi iqlim dəyişiklikləri ilə mübarizəyə qoşularaq, yüz minlərlə ağac əkməsi müqabilində, Ermənistanın ekologiyanı risk altına atmaqda davam edir.

Mədənin istismarının Ermənistan 2050 Strateji İnkişaf Strategiyasında göstərilənlərin əksinə olaraq ağıllı iqtisadi modelə keçidi gerçəkləşdirmədiyinidə ortaya çıxarır. Bunun səbəbi kimi maliyyə resurslarına olan ciddi ehtiyac, acınacaqlı sosial-iqtisadi vəziyyətdən çıxmaq məqsədi ilə vətəndaşlara verilən qeyri-real vədlərin təmin edilməməsinin hakimiyyətin itirilməsinə gətirib çıxaracağını da gündəmə gətirir.

Bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin Ermənistan hökumətini beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə bağlı hədədələrirdə əsasız deyil.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.