TR
Video yükle

Ərdoğan seçkiyə bu şüarla gedir

29 izlenme Son haberler
Türkiyədə bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.



Partiyalar bölgələr üzrə namizədlərini müəyyən edir, seçki platformalarını açıqlayırlar. Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkiqabağı şüarını elan edib. 11 maddəlik seçki platformasını açıqlayan AKP sədrinin müavini Mahir Ünal hakim pariyanın seçkiyə “Məmləkət işi, könül işi” (Vətənə xidmət ürəkdən gəlməlidir) şüarı ilə gedəcəyini deyib.



Qeyd edək ki, hakim AKP ilə müttəfiq olan Milliyyətçi Hərəkat Partiyası da bir müddət öncə seçki şüarını elan etmişdi. Millətçilər seçkiyə "Beka üçün milli qərar, Cümhur üçün istikrar" (Əbədilik üçün milli iradə, Cümhüriyyət üçün sabitlik) şüarı ilə gedir. Ana müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) isə “Martın sonu bahar” şüarından istifadə edəcək.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.