TR
Video yükle

Ərazilər minalardan təmizlənir

50 izlenme Son haberler
Ermənistan mina sahələrinin xəritələrini Azərbaycana verməlidir Ermənistan 30 il müddətində işğal altında saxladığı torpaqlarımızda ərazilərimizi minalayıb. İşğalçı ölkənin minalanmış ərazilərin xəritələrini Azərbaycana hələdə təhvil verməməsi, bu ərazilərin təmizlənməsi prosesini çətinləşdirir. Xəritələrin bizdə olmaması bu ərazilərdə həm hərbçilərimiz həmdə mülki vətəndaşlarımız üçün ciddi təhlükə yaradır. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazi heçdə balaca deyil. Bu ərazilərdə yerləşən mina sahələri həddindən artıq çoxdur. Ekspertlərin fikrincə, mina sahələrinin təmizlənməsi kifayət qədər təhlükəli, çətin və mürəkkəb prosesdir. Ermənistan minalı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə görə, təmizləmə prosesində Azərbaycan öz bacarığına, tərəfdaşların köməyinə və dünya təcrübəsinə əsaslanır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi Böyük Qayıdış prosesində ilk və zəruri addımdır. Qarabağa qayıdış bu problemin tez və keyfiyyətli həllindən asılıdır. Ekspertlərin fikrincə, dünya təcrübəsində də bu məsələ heçdə ürək açan deyil. Dünyanın bir çox münaqişə zonalarında insanlar mina təhlükəsi ilə qarşı qarşıyadır. Odur ki, vətəndaşlarımız da məsələ ilə bağlı rəsmi orqanların çağırışlarına əməl etməlidir. O yerləri ziyarət etməkdən çəkinməlidirlər. Azərbaycan dövləti minatəmizləmə işlərinin ən qısa müddətdə yekunlaşması və əhalinin ata–baba yurdlarına qayıtması üçün əlindən gələni edir. Bizə isə intizamlı olmaq düşür. REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.