TR
Video yükle

Əks yola çıxan sürücü az qala qadını vururdu

14 303 izlenme Son haberler
Bütün yol boyu əks yola çıxır, digər avtomobillərə təhlükə yaşadır, yolu keçən piyada qadını vurmaması isə an məsələsi olur. YPX.AZ xəbər verir ki, bütün bu sadaladıqlarımızı 17 sentyabr 08:32 radələrində, Xətai rayonu ərazisində 10 TU 044 dövlət qeydiyyat nişanlı VAZ 2109 markalı avtomobilin sürücüsü edir. Yaxşı ki, yolu keçən qadın diqqətli olur, həm sağ tərəfə, həm də əks tərəfə baxır. Halbuki bu cür əks yola çıxan sürücülərin piyadaları vurması halları dəfələrlə olub. Ümidvarıq ki, səlahiyyətli orqanlar yollarda təhlükə saçan, insanların həyatını açıq-aşkar təhdid edən bu sürücü barəsində gecikmədən tədbir görəcəklər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.