TR
Video yükle

Efirdəki davanın şok səbəbi

18 872 izlenme Son haberler
Dünən Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində qalmaqal baş verib.

BAKU.WS xəbər verir ki, verilişdə ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.



Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Qeyd edək ki, Anar Vəziroğlu vəkil Şəfiqə Nağıyevaya qarşı bu hörmətsizliyi veriliş zamanı efirə verilən videodan sonra edib. Ceyhunə adlı qadınla bağlı videonun efirə verilməsindən sonra A.Vəziroğlu zünə nəzarəti itirərək vəkilə qarşı hörmətsizlik edib.

Ətraflı videoda izləyə bilərsiniz:

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.