Dubayda Azərbaycan həftəsi başladı
14 izlenme
Son haberler
“Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsinə start verilib.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən həftə çərçivəsində Azərbaycanın milli pavilyonunda müxtəlif tədbirlər keçiriləcək. İlk olaraq Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunub.
Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid mart ayına qədər davam edəcək sərginin Azərbaycanın çoxsaylı turizm imkanlarının təqdimatı üçün mühüm platforma olduğunu qeyd edib. Onun sözlərinə görə 2022-ci ilin mart ayının sonuna kimi milli pavilyonda Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.
“Expo 2020 Dubai" beynəlxalq sərgisində bu həftə Azərbaycanın ilk həftəsidir. Biz insanları Azərbaycan pavilyonunda keçirilən tədbirlərə iştirak etməyə dəvət edirik. Burada Azərbaycan təamlarının dadılması üçün imkan yaradılıb, həmçinin B2B təqdimatlar keçirilir. Növbəti Azərbaycan həftəsi noyabr ayında keçiriləcək. Ümumilikdə, bu həftə turizm və səyahətə həsr olunub. Bütün ölkələr bir yerə toplanaraq bu həftəni qeyd edirlər. Mart ayının sonuna qədər burada müxtəlif tədbirlər keçiriləcək. Bu gözəl Aərbaycan pavilyonundan Azərbaycanı və onun çoxsaylı turizm imkanlarını təbliğ etmək üçün istifadə edəcəyik”, - Florian Zenqstşmid deyib.
Açılışda, həmçinin Azərbaycanın aqro-qastro turizm potensialını özündə bilrəşdirən, Avropa İttifaqının maliyyə dəstəyi ilə ərsəyə gələn “Slou Fud” beynəlxalq layihəsinin “Dad gəmisi” adlandırılan milli turizm məhsulunun təqdimatı da keçirilib.
Milli pavilyondakı interaktiv elektron vasitələrdə Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və sosial sahələrdə davamlı inkişafı və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir.
Turizm həftəsi çərçivəsində “Yarım səhradan sıx meşələrə” başlıqlı Bakı, Lənkəran və Leriki əhatə edən cənub istiqaməti, “Ən aşağı nöqtədən ən yüksəklərə” başlıqlı Bakı, Xızı, Quba və Qusarı əhatə edən şimal istiqaməti, “Qədim izlər, heyrətamiz mənzərələr” başlıqlı Bakı, Şamaxı, İsmayıllı, Qəbələni əhatə edən şimal-qərb istiqaməti, “Müalicəvi təbiət, ilhamverici tarix” başlıqlı Bakı, Gəncə, Naftalan və Göygölü əhatə edən qərb istiqamətinin turizm potensialı nümayiş etdirən təqdimatlar keçiriləcək.
1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.
REAL

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.