Bu video şu anda oynatılamıyor.
Döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı
8 735 izlenme
Son haberler
Tovuzda döyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı Tovuzun Dondar Quşçu kəndində olan Milli Məclisin deputatı Qənirə Paşayeva qolundan xəsarət alıb. Azerforum.com-un Pravda.az-a istinadən xəbərinə görə, bu barədə Q.Paşayeva özü məlumat verib. “Ermənilər dinc insanları atəşə tuturlar. Kəndəydik, atdılar, başımızın üstündən keçdi. Elə bildim, uşaqlara dəydi, arxaya çevriləndə qolum da altımda qaldı. Belə bir pis düşmənlə üz-üzəyik. Koxa Nəbi kəndində evimizi vurublar. Bizim igidlər oğlanlarımız düşməni vurmaq üçün canlarını fəda edirlər. Onların qarşısında baş əyirik” – Deputat bildirib. Q.Paşayevanın qoluna sarğı qoyulub.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.