Dəhşətli qəzadan video
483 izlenme
Son haberler
Bakı-Sumqayıt yolunda Dövlət Yol Polisinə məxsus Saray postunun yaxınlığında baş vermiş ağır yol qəzası zamanı yarlananların sayı 6 nəfərə çatıb. Onlar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 4-nün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər 2-si isə travmatologiya şöbəsinə yerləşdirilib. Yaralananların 4-ü qadın, ikisi kişidir. Bir nəfərsə hadisə yerində ölüb. Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt istiqamətində hərəkətdə olan “Ford Tranzit” markalı mikroavtobusun sürücüsü sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi beton arakəsməyə çırpılıb. İlkin ehtimala görə qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.