TR
Video yükle

Çimərlikdə avtoşluq etdi

213 izlenme Son haberler
Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır: “Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.