TR
Video yükle

Casus ermənilərin hökmü oxundu

9 izlenme Son haberler
Casusluqda ittiham olunan ermənilər - Davit Davtyan və Gevorg Sujyanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib və iş üzrə olan sənədlər tədqiq edilib. təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istədilər. Prosesdə hökm oxundu. Hökmə əsasən, Davit Davtyan və Gevorg Sujyanın hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirldi ki, onlar cəzalarını çəkib qurtarandan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar. cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib. Onlar 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. 2020-ci il sentyabr ayında Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və digər məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər. 2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.