Bu rayonda narkotacirlər saxlanıldı
11 izlenme
Son haberler
Sabirabadda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş məhkum, 1983-cü il təvəllüdlü Ramil Qənbərov tutulub. Onun üzərinə baxış zamanı 80 qrama yaxın heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ramil Qənbərov istintaqa ifadəsində narkotik vasitəni Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü əvvəllər də məhkum olunan Valeh Həsənovdan 1240 manata aldığını bildirib. Keçirilən əməliyyat zamanı həmin şəxs də saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.