TR
Video yükle

BŞİH utilizasiya işləri həyata keçirir

3 izlenme Son haberler
Bakı şəhərində koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanalarda yaranan tibbi tullantılar xüsusi qaydada daşınır. Məhz bu iş üçün Almaniyadan gətirilmiş 3 nəqliyyat vasitəsi və bütün növ qoruyucu avdanlıqlarla təchiz edilmiş heyət cəlb edilib. Yaxın günlərdə isə avtomobillər sayı 7 -yə çatdırılacaq. Üstəlik prosesin hər bir mərhələsində dezinfeksiya işləri həyata keçirilir. Koronavirusla mübarizə tədbirləri kompleks şəkildə həyata keçirlir. Hətta viruslu olma ehtimalı olan tibbi tullantılar da xüsusi qayda da və qoruyucu vasitələrdən istifadə edilməklə daşınır. Belə tullantıların üçün Bakı Şəhər İcra hakimiyyəti tərəfindən yük yeri paslanmayan materialdan hazırlanan və hermetik olan 3 zibil daşıyan maşın cəlb edilib. Bu maşınlar təhlükəli tullantıların daşınması üçün tam yararlıdır. Bununla yanaşı hər reysdən sonra avtomobillər tam dezinfeksiya edilir. Görülən bu tədbirlər digər şəxslərin də xəstəliyə yoluxmasının qarşısını alır. Yaxın günlərdə Bakıya daha 4 ədəd belə avtonəqliyyat vasitəsi gətirilməsi gözlənilir. Pandemiya başa çatdıqdan sonra da sözügedən nəqliyyat vasitələri xəstəxanalardan tibbi tullantıların daşınması üçün istifadə ediləcək. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin maddi-texniki bazasının yenilənməsi işləri çərçivəsində artıq 22 zibil daşıyan avtomobil paytaxta gətirilib, 10 ədədi isə yoldadır

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.