TR
Video yükle

Bakının mərkəzində yol çökdü

52 izlenme Son haberler
İstismar müddəti bitmiş kanalizasiya borusu yolda çökməyə səbəb olub.



Hadisə Binəqədi rayonu, Binəqədi yolunda baş verib. 80-ci illərin sonunda tikilən kanalizasiya kollektri bu gecə partlayıb. Nəticədə yaxın vaxtlarda əsaslı şəkildə qurulan yol keçilməz olub. Yolda bir neçə metr dərinliyi olan çökmə yaranıb



''Azərsu'' ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyir ki, diametri min millimetr olan kollektr 80-ci illərin sonunda tikilib. İstismar müddətini başa vuraraq aşınmaya məruz qalıb. Bu səbəbdən də yolda çökmə baş verib.



Bildirildi ki, həmin yol ən azı iki gün bağlı olacaq. Binəqədi 1 küçəsindən istifadə edən sürücülərə alternativ yollara keçmələri tövsiyyə edilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.