TR
Video yükle

Bakıda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib

7 398 izlenme Son haberler
Nəsimi rayonunda iki minik avtomobili toqquşub.

APA TV xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, metronun Memar Əcəmi stansiyasının yaxınlığında BMW markalı nəqliyyat vasitəsinin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil eyni istiqamətdə hərəkətdə olan Kia markalı nəqliyyat vasitəsinə çırpılıb. Toqquşma o qədər güclü olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.