TR
Video yükle

Bakıda tikilən tunelin açılışına az qaldı

140 izlenme Son haberler
Bakıda təhlükəsizliyi tam təmin etmək üçün dəmiryolu keçidinin altından nəqliyyat vasitələri üçün tunel inşa edilib.





Xezerxeber.az-ın məlumatına görə, Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri çərçivəsində Sabunçu rayonunda Asəf Əsədullayev ilə Qambay Vəzirov küçələrinin kəsişdiyi eyni səviyyəli avtomobil yolu ilə dəmir yolları birbirindən ayrılıb. İki gediş, 1 gəliş zolağından ibarət olan tunelin eni 15, qapalı hissəsinin uzunluğu isə 62 metrdir.





Yağış suyunun tunelin içərisinə daxil olmaması üçün müasir sistem yaradılıb. Ərazidən keçən dəmir yolunun ətrafına dəmir çəpərlər çəkilib və giriş təhlükəsizlik məqsədi ilə tam məhdudlaşdırılıb. Hazır vəziyyətdə olan tunelin yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.



Digər tunellərdən biri də Zabrat qəsəbəsində inşa edilir. Artıq tuenlin müəyyən hissəsinin qazıntısı aparılıb və sıvaylar vurulub.



Tunel iki hərəkət zolağından ibarət olacaq.



Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən inşa edilən tunellərin tikintisində əsas məqsəd avtomobil yollarını dəmir yolundan ayırmaq və baş verə biləcək qəzaları sıfıra endirməkdir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.