Bakıda Ramazan yarmarkası keçirilir
67 izlenme
Son haberler
Bu gündən etibarən paytaxtda Ramazan yarmarkaları açılıb. Yarmarkalarda 100-dən artıq fermer öz məhsullarını satışa çıxarıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Mayis Musayevin sözlərinə görə, yarmarkalarda ümumilikdə 100-dən artıq fermer iştirak edir. Burdaklı bütün fermerlər karantin qaydalarına uyğun fəaliyyət göstərirlər. Satıcıların sözlərinə görə, yarmarkalardakı məhsulların qiyməti bazarla müqayisədə 30-40 faiz ucuzdur. Məhsulların qiymətinin münasib olmasını elə alıcılar da təsdiqləyib. Qeyd edək ki, yarmarkalar 2 gün davam edəcək.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.