Bakıda qeyri-adi oğurluq
10 izlenme
Son haberler
Obyektə ''playstation'' oynamaq adı ilə daxil olur, lakin sonradan oyun aparatını oğurlayaraq, heç nə olmamış kimi ərazidən uzaqlaşır. Lakin düşünmür ki, bütün bunlar oyun salonundakı müşahidə kameralarına anba-an düşür. Hazırda polis görüntülərlə bağlı araşdırmaya başlayıb.
Azmedia.Az Xəzər TV-yə istinadən xəbər verir ki, oyun salonuna daxil olan şəxs əvvəlcə ətrafa göz gəzdirir.
Obyektə nəzarət edən şəxsin olmadığını görüb, oyun aparatını götürərək gödəkçəsinin altında gizlədir. Daha sonra isə heç nə olmamış kimi oradan uzaqlaşır. Bütün bunlar oyun salonunun müşahidə kameralarına düşüb.
Hadisə paytaxtın Nəsimi rayonu Cəfər Cəfərov küçəsindəki obyektlərdən birində baş verib. Obyekt sahibi Fərid Əsgərov deyir ki, həmin şəxs axşam saat 22 radələrində gəlib dostu ilə ''playstation'' oynayacağını deyib.
Zərərçəkmiş obyekt sahibi dərhal ''102 xidməti''nə məlumat verib. Əraziyə 19-cu polis şöbəsinin əməkdaşları gəlib baxış keçiriblər. Fərid Əsgərov deyir ki, onların obyektində belə hadisələr dəfələrlə baş verib.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.