TR
Video yükle

Bakıda Biznes Forum keçirilib

3 izlenme Son haberler
Bakıda Azərbaycan - Gürcüstan və Türkiyə biznes forumu keçirildi. Sayda 6-cı olan forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqttisaddiyyat və dayanqlı inki.af naziri Naatiya Turnova və Türkiyənin Ticafət naziri Mehmet Muş iştirak edib. Forumunun keçrilməsində məqsəd hər 3 ölkə arasında iqtisadi qəlaqələri inkişaf etdirmək, iş adamları arasında bizmes əlqəalərini gcləndirməkdir. Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.

“2021-ci ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun dəyərinin 50 milyard ABŞ dollarını keçəcəyini deyən nazir Azərbaycana investisiya yatıran Türkiyə və Gürücüstan şirkətlərindən danışdı.

Türkiyənin Ticafət naziri Mehmet Muş Azətbaycanla Türkiyə arasında yicarət əlqələrindən söz açdı.

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri bildirid ki, ölkəsi də Azərbaycan və Türkiyə investisiyalı 1000-dən çox şirkət var

GÜRCÜSTANIN İQTİSADİYYAT VƏ DAYANIQLI İNKİŞAF NAZİRİ NATİA TURNAVA:

"Biz regional bazarlarımızı daha cəlbedici etməliyik. Üç ölkə arasında geniş iqtisadi əlaqələr var. Hər üç ölkədə bizneslərin hökumətlə çox yaxşı əlaqəsi var. Biz koronavirus (COVID-19) pandemiyasının biznesə təsirini azaltmaq üçün bir sıra addımlar atdıq. Bu addımlara əsasən bəzi vergilərin alınmasını təxirə salmaq, ortaq biznes layihələrini dəstəkləmək, yeni maliyyələşmə və kredit imkanları yaratmaq, həmçinin yeni ipoteka imkanları yaratmaq, bundan əlavə turizm və bu kimi həssas sahələrə müəyyən güzəştlər etmək daxildir. Məhz bu addımlar nəticəsində biz 2021-ci ildə ikirəqəmli inkişafa nail olmuşuq. Bildiyim qədəri ilə Azərbaycan və Türkiyə də oxşar addımları atıb. Son 10 ayın rəqəmlərinə əsasən deyə bilərəm ki, Türkiyə Gürcüstanın 1-ci, Azərbaycan isə 4-cü böyük ticarət tərəfdaşıdır"

Hər 3 naziri iş adamlarını ölkəsinə investisiya yatırmağa çağırdı. Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkə arasında 5 sənəd imzalandı. Bunlar

1. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İcracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu

2. Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Gürcüstan Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumu

3. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə azərbaycanlı iş adamları arasında anlaşma memorandumu

4. İqtisadiyyat Nazirliyi yanında IV Sənaye Inqilabının Təhlili və Koordinasiyası Mərkəzi ilə Türkiyənin Metal Sənayeçiləri Sindikatı arasında anlaşma memorandumu

5. "Azərşəkər" MMC ilə Türkiyənin "Agrobay Seracılık İthalat İhracat Senaye ve Ticaret" şirkəti arasında razılaşma memorandumudur.

Sənədlərə hər 3 ölkənin nazirlərinin iştirakı ilə imza atıldı.

Tədbirdə tanınçış şirkətlər, iş adamları da iştirak etdi.

Azərbaycan-Gürcüstan və Türkiyənin iş adamlarının qatəldıgı biznes forum başa çatdı.

REAL TV

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.