Bakıda 4 küçə yenidən qurulur
4 izlenme
Son haberler
Bakıda yollarda sıxlıq və tıxacların azaldılması, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.
Yeni və müasir yol infrastrukturunun Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda yaradılması işləri yekunlaşmaq üzrədir.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələr boyu səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem yaradılaraq yağış barmaqlıqları quraşdırılıb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq küçələr boyu zəruri yerlərdə hamarlayıcı, daha sonra iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işlərinin yaxın günlərdə tam olaraq yekunlaşdırılması nəzərdə tutulur. Daha sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.