TR
Video yükle
Bakı metrosu ilə bağlı vacib xəbər

Bu video şu anda oynatılamıyor.

Bakı metrosu ilə bağlı vacib xəbər

663 izlenme Son haberler
“Bakı Metropoliteni” QSC mayın 9-dan fəaliyyətinin bərpa edilməsi ilə bağlı hazırlıqlara başlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, qurumun işçilərinə tam heyətdə işə çıxmaları ilə bağlı tapşırıq verilib.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə “Report”a açıqlamasında bildirib ki, rəsmi qərar olmadan metronun fəaliyyətinin bərpa edilməsi ilə bağlı nəsə demək olmaz:

“Bakı metrosunun fəaliyyətinin bərpa edilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı olmadan biz hər-hansı açıqlamanı verə bilmərik. Hazırda metro fəaliyyət göstərməsə də infrastrukturun saxlanması və ən qısa zamanda fəaliyyətin bərpa edilməsi üçün iş başındayıq. Əgər rəsmi qərar olarsa, “Bakı Metropoliteni”nin ən qısa müddətdə fəaliyyətini tam bərpa etməyə hazırıq”.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.