TR
Video yükle

AzPOS - Real Time GNSS xidməti

25 izlenme Son haberler
Əmlak Məsələləri Dövlət komitəsi AzPOS (ingiliscə Azerbaijan Positioning Observation System sözlərinin baş hərfləridir) Real Time GNSS xidməti dəqiqlik, fasiləsizlik və etibarlılıq mövzusunda ictimai təqdimat keçirir.



Məqsəd AzPOS sistemi haqqında ümumi anlayış, göstərdiyi xidmət növləri, onların üstünlükləri, o cümlədən tətbiq sahələri, xidmətin faydaları haqda məlumat verməkdir.



Eyni zamanda sistemdən istifadə edənlərin sayını artırmaq da əsas vəzifələrdəndir. Tədbirdə nəqliyyatın intellektual idarə edilməsi, kənd təsərrüfatı, neft sənayesi, o cümlədən geodeziya və digər sahələrdə fəaliyyət göstərən qurumların, şirkətlərin nümayəndələri iştirak edir.



Hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov çıxış edib.



"AzPOS-un qurulması 2007-ci ildə Dünya Bankının maliyyə vəsaiti hesabına icra olunan daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində bu sistemin qurulmasına başlanılıb. 3 il müddətində ölkə ərazisi üzrə stansiyalat təyin edilərək formalaşdırılmış və 2010-cu ilin aprel ayından etibarən istifadəyə verilib. İlk dövrdə bu şəbəkənin istifadəçilərindən mühəndislik fəaliyyəti ilə məşğul olan dövlət müəssisələri yararlanıb", -deyə Fərid Cəfərov bildirib.



Onun sözlərinə görə, AZPOS ilə mükəmməl geoməkan istinad sisteminə çıxış, yüksək məhsuldarlıq əldə edilir, real zaman ərzində ərazinin koordinatları müəyyən olunur, o cümlədən ayrıca baza stansiyası, avadanlıq xərcləri tələb olunmur, ümumi sistemdə işləmə imkanları artırılır. Bu stansiyaların qurulması sayəsində istənilən ərazinin koordinatlarını daha rahat, həm də çox qısa vaxt ərzində əldə etmək olur. Üstəlik əvvəllər bu proses üçün bir neçə işçi qüvvəsi tələb olunurdusa, indi bir mühəndis AZPOS sistemindən istifadə etməklə və düyməni basmaqla ərazinin koordinatlarını verə bilir.



Daha sonra ölkəmizdə fasiləsiz fəaliyyət göstərən istinad stansiyalari şəbəkəsinin işləmə mexanizmindən, üstünlüklərindən, verdiyi imkanlardan bəhs edən ictimai təqdimat olub. Bildirilib ki, sistem geodeziya xəritələrinin hazırlanması üçün baza rolunu oynayır. AZPOS daimi olaraq Amerikanın GPS və Rusiyanın GLONASS peyk siqnallarını qəbul edir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.