TR
Video yükle
Azərbaycanın keçmiş Baş prokuroru vəfat etdi

Bu video şu anda oynatılamıyor.

Azərbaycanın keçmiş Baş prokuroru vəfat etdi

331 izlenme Son haberler
Azərbaycan Respublikasının keçmiş baş prokuroru İxtiyar Şirinov vəfat edib.

BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, bu barədə onun qohumları bildiriblər. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

İ.Şirinov 24 iyul 1952-ci ildə Beyləqan rayonunda anadan olub. 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.