TR
Video yükle

Azərbaycanda yeni gömrük postları açılacaq

12 izlenme Son haberler
İşğaldan azad olunan ərazilər arasında ilk Gömrük keçid məntəqəsi Qubadlıda yaradıldı. Bu günə qədər 7 minə yaxın nəqliyyat vasitəsi rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postundan keçib.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirdi.

Komitə sədri bildirdi ki, ölkədə beynəlxalq status daşıyan yeni aeroportlar tikildiyindən gömrük postlarının da açılması labüddür

Səfər Mehdiyevin sözlərinə görə, 2021-ci ildə “Yaşıl dəhliz” vasitəsilə sahibkarlar 10 milyard ABŞ dollarından artıq idxal-ixrac əməliyyatları həyata keçiriblər. Büdcə proqnozları 111 % yerinə yetirilib. Ötən il ərzində büdcə tapşırığı 443 milyon manatdan artıq vəsait toplamaqla icra edilib. Beləliklə, ötən il Dövlət Gömrük Komitəsi dövlət büdcəsin 4 milyard 443 milyon manat vəsait köçürülməsini təmin olunub.

Gömrük əməkdaşları naroktik vasitələrin qarşısının alınmasında da fəal iştirak ediblər. Bildirildi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və həmin ərazilərdən kəçən narkoticarət trafikinin qarşısının alınması çərçivəsində 2 tondan çox narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı ilə əlaqədar olaraq Ümümdünya Gömrük Təkilatının baş katibi Kunio Mikuriya da tədbirə qatəlıb.

Azərbaycan gömrükçüləri dünyada bir nümunə yarada biliblər. Komitənin 30 il fəaliyyəti dövründə COVID-19 pandemiyası və karantin dövrünə düşüb. Buna baxmayaraq bu dövrdə də sərhədlərdə bağlantıları təmin edib. Vacib məsələ budur ki, bu dövrlərdə də öz fəaliyyətlərini təmin edə biliblər.

1992-ci ilin yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin peşə bayramı münasibəti ilə Ümumdünya Gömrük Təkilatının baş katibinə Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təqdim olunub.

Sonra Gömrük Komitəsinin bir sıra əməkdaşları medallarla təltif edildi.

Dövlət Gömrük xidmətinin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq prezident İlham Əliyevin müraciəti oxundu.

Qeyd edək ki, gömrük əməkdaşları peşə bayramları ilə əlaqəadar olaraq Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli oftolmoloq , alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra isə Şəhdilər Xiyabanında şəhidlərimizi anıblar.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.