TR
Video yükle

Azərbaycanda məşhur müğənni ağır qəza törətdi

1 226 izlenme Son haberler
Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları bir müddət əvvəl avtomobil qəzası keçirən müğənni Baba Dərələyəzliyə baş çəkiblər.

Metbuat.az xəbər verir ki, sənətçilər həmkarlarını ağır günlərində tək qoymayıb ona dəstək olmaq üçün evinə yollanıblar. Onlar Babanın evində müxtəlif ifalar səsləndiriblər. Həmin anlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, sənətçinin Şamaxı yolunda düşdüyü ağır yol qəzası onun daxili orqanlarında fəsadlar yaradıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Babanın dalağını çıxardıblar, qara ciyərinin isə bir hissəsini kəsiblər.(Baku.ws)

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.