TR
Video yükle

Azərbaycanda daha bir bahalaşma

324 izlenme Son haberler
Azərbaycanın bölgələrində ətin qiyməti qalxıb.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyda mal əti 1 həftə öncə 10 manata satılırdısa, hazırda 1 kiloqramı 11 manatadır.

Mingəçevirdə də mal ətini 11 manata satırlar. Quzu əti isə 13 manata təklif edilir.

Alıcılar da bildirir ki, şəhərdə mal ətinin qiymətində 50 qəpik- 1 manat arası bahalama var.

Ət satışı ilə məşğul olanlar qiymət artımını otun bahalaşması ilə əlaqələndirirlər.

Tovuzda da ətin qiymətində 1 manat bahalaşma müşahidə olunur. Qəssablar bunu heyvan yemlərinin satışında olan qiymətlərlə əlaqələndirirlər.

Ət bazarına nəzarət edən həkim- baytarlar isə mövcud qiymət artımının paytaxt bazarlarına sirayət etməyəcəyini bildirirlər. Çünki heyvanlar tezliklə açıq ərazilərə çıxarılacaq və beləcə yemə olan tələbat azalacaq.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.