TR
Video yükle

Azərbaycanda bu tarixdən yeni dalğa başlayacaq

742 izlenme Son haberler
Azərbaycanda bu tarixdən yeni dalğa başlayacaq – Xəbərdarlıq

Azərbaycanda koronavirusa yoluxanların sayı 2 min civarında olduğu üçün yenidən karantin qaydalarının sərtləşdirilməsi məsələsi müzakirə olunur. Yoluxma sayının indikindən iki dəfə çox olması sərt karantinin yenidən tətbiq olunacağı ehtimalını yaradır.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, mövcud məsələyə həkim Vasif İsmayıl münasibət bildirib.

ARB24-də yayımlanan "Peşəkar mübahisə" verilişində qonaq olan həkim deyib ki, bu məsələdə aktiv xəstə sayına diqqət etmək lazımdır:

"Göründü ki, Azərbaycan səhiyyə sistemi 60 min insana qulluq edə bilir. Amma yaxşı olardı ki, bu rəqəm 35-40 minin üzərinə çıxmasın. Bu olmadığı təqdirdə digər xəstəxanalar da bağlanır.

Əgər rəqəmlər 35-40 min arasında olarsa, ciddi bir sarsıntıya səbəb olmur. Rəqəmlər 60 mindən yuxarı olarsa, ciddi problemlərlə üzləşəcəyik.

Azərbaycanda dördüncü dalğa artıq bitmiş olmalı idi. Amma bitmədi. Dekabrda bunun yenisi başlayacaq".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.