TR
Video yükle

Azərbaycanda 9 məktəb distant təhsilə keçib

45 izlenme Son haberler
Təhsil Nazirliyi koronavirusun yeni ştamı “Omikron”un sürətlə yayılması səbəbindən məktəblərin bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

Nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, hazırda ölkədə 9 məktəb distant tədrisə keçib.

Onun sözlərinə görə, 299 sinif də tədrisi onlayn formada davam etdirir.

Şöbə müdirinin sözlərinə görə,yeni statistik rəqəmlər hələlik məlum olmasa da, təhsil işçilərinin buster doza ilə peyvəndlənməsi vəziyyəti kifayət qədər yaxşıdır.

Elnur Əliyev deyib ki, bağçalara müəllim qəbulu dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə uyğunlaşdırılacaq.

Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı görülən işlərdən danışan Elnur Əliyev deyib ki, bundan sonra bağçaların idarə edilməsi işini həmin idarələr həyata keçirəcək.

E.Əliyev xatırladıb ki, hazırda bağçalarla bağlı təhvil-təslim prosesi davam edir.

Qeyd edək ki, ötən ilin sonunda dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.