TR
Video yükle

Azərbaycan minaatanları intensiv təlimlərə başladı

27 izlenme Son haberler
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Müdafiə Nazirliyindən REAL-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.