Avtobuslar yenidən dezinfeksiya edilib
228 izlenme
Son haberler
Bakıda sərnişin avtobusları yenidən dezinfeksiya edilib. Bununla yanaşı, sürücü kabinəsi olmayan avtobuslarda şəffaf arakəsmələr yaradılıb. Avtosfer.az xəbər verir ki, BNA-nın rəsmisi Mais Ağayevin APA-ya verdiyi məlumata görə, artıq sərnişindaşımalara cəlb edilən 1400-dən artıq avtobusda şəffaf kabinə quraşdırılması təmin edilib. Bildirilib ki, 553 avtobusda istehsalçı tərəfindən quraşdırılan kabinələr mövcuddur. Digər avtobuslarda da arakəsmələrin quraşdırılması üçün iş aparılır. 62 nömrəli müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslarda da sözügedən kabinələr yaradılıb. Bununla yanaşı, həmin marşrut xəttinə məxsus istehsalat bazasında 31 avtobus hər gün axşam saat 21:00-dan sonra yuyularaq dezinfeksiya edilir.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.