TR
Video yükle

Avropa Parlamenti qərəzli qətnamə qəbul edib

10 izlenme Son haberler
Avropa Parlamenti yenə də Azərbaycan əleyhinə riyakar addım atdı. Erməni yalanına uyaraq "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamə qəbul etdi. Guya Azərbaycan Qarabağda erməni mədəni irsini inkar və məhv edir, beynəlxalq hüququn və Beynəlxalq Ədalət Məhkəməsinin son qərarlarını pozur. Halbuki, Azərbaycan dəfələrlə Avropanın müvafiq təsisatlarına, o cümlədən də UNESCO-ya, müraciət edərək, həm Ermənistan, həm də işğal altında olan ərazilərdə xalqımıza məxsus milli-mənəvi irsin ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılması, silinməsi istiqamətində iş aparıldığını, Beynəlxalq qurumdan bu özbaşınalığı araşdırmaq üçün müvafiq missiyaların göndrilməsini və Ermənistanın mənəvi terroruna son qoyulmasını tələb edib. Hətta bu müraciət ölkənin birinci şəxsi səviyyəsində də edilib.

Amma təəssüflər olsun ki, sözügedən bu qurumlar Azərbaycanın bütün müraciətlərini qulaq ardına vurub, öz ənənəsinə sadiq qalaraq ölkəmizə qarşı ikili standartlar tətbiq edib. Niyə görəsən? Azərbaycan xalqının bütün mədəni isrsini məhv edən Ermənistana qarşı heç bir tədbir görməyən qurumlar indi ermənilərin qondarma iddialarına niyə belə operativ reaksiya verir? Əslində Ermənistan əleyhinə qəbul olunmalı olan bu sənədlər, niyə Azərbaycana qarşı qəbul olunur?

Millət vəkili deyir ki, Avropa saxtakarlıqdan əl çəkərək Ermənistanı sülhə, regionda yaranan yeni reallıqlara təşviq etmək əvəzinə, onları yeni-yeni terror aktları, vandalizm əməlləri törətməyə həvəsləndirirlər.

Xatırladaq ki, Avropa Parlamenti Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə qəbul edib. "Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qondarma qətnamənin lehinə 635, əleyhinə 2 nəfər səs verib. 42 nəfər isə bitərəf qalıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.