Aİ nümayəndəsi Ağdama səfər etdi
9 izlenme
Son haberler
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Ağdama səfər edib.
O, səfər çərçivəsində Qarabağ xanlarının abidələr kompleksinə və İmarət qəbiristanlığına, Cümə və Qiyaslı məscidi, həmçinin işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış Ağdam Dram Teatrına baş çəkib.
Diplomat ermənilərin törətdiyi vandalizm aktları ilə yaxından tanış olub.
“Avropa İttifaqı müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır. 30 illik işğal dərin izlər buraxıb. Müharibənin dəhşətli bir şey olduğunu yadda saxlamaq lazımdır. Bununla belə, gələcəyə baxmaq lazımdır. Aİ bunun bir nümunəsidir. Avropada da kilsələr, qəbiristanlıqlar, abidələr dağıdılmışdı.
Bu, çox acı xatirələrdir, lakin liderlərimiz İkinci Dünya Müharibəsindən sonra qərara gəldilər ki, gələcəyə baxmalı, daha yaxşı Avropanı bərpa etməliyik. Düşünürəm ki, bu nümunə burada da keçərli ola bilər. Avropa İttifaqı iki dünya müharibəsinin ağır nəticələrinin arxada qoyulması təcrübəsini Azərbaycan və Ermənistan ilə bölüşməyə hazırdır. Fərqli və daha yaxşı gələcəyi tapmağa kömək etmək üçün Azərbaycan və Ermənistan ilə işləməyə hazırıq”, - Toyvo Klaar deyib.
Avropa İttifaqının elçisini müşayiət edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomata bölgənin tarixi və işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər barədə geniş məlumat verib.
REAL

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.